Mobil versiya
Sərnişinlər sürücünü hədələyib pulunu əlindən aldılar
Tarix: 24-01-2024 | Saat: 10:45
Bölmə:Ölkə | çapa göndər

Sərnişinlər sürücünü hədələyib pulunu əlindən aldılar

Abşeronda sürücünü hədələyərək pulunu əlindıən alıblar.

aia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

,Bildirilib ki, Masazır qəsəbəsi ərazisində “Toyota” markalı avtomobildə 2 sərnişinin sürücünü kəsici alətlə hədələyərək quldurluq yolu ilə pulunu talaması barədə polisə məlumat daxil olub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Neftçala rayon sakini Samir Əmrahov və Cəlilabad rayon sakini Sakit Əkbərov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024