Mobil versiya
El Pais: Aİ Ukraynaya silah tədarükü üçün 7 milyard avrodan çox borc toplayıb
Tarix: 22-01-2024 | Saat: 18:07
Bölmə:Özəl | çapa göndər

El Pais: Aİ Ukraynaya silah tədarükü üçün 7 milyard avrodan çox borc toplayıb

El País Avropa Xarici Fəaliyyət Xidmətinin sənədinə istinadən xəbər verir ki, Avropa İttifaqı Ukraynaya silah təhvil verilməsi üçün üzv ölkələrə 7,16 milyard avro məbləğində borc toplayıb.
Qeyd olunur ki, bu məbləğ Ukraynaya yardım üçün yeni fondun yaradılması ilə bağlı sənəddə qeyd olunub. Məqalədə həmçinin vurğulanır ki, borc müdafiə sənayesinin Ukrayna qoşunları üçün silah istehsalı tempini saxlamaqda çətinliklərini daha da gücləndirir.

Nəşr əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin Qərb silahlarından asılılığı getdikcə kəskinləşir.

Bundan əvvəl “The Wall Street Journal” yazıb ki, Aİ Budapeştin qoyduğu vetodan yan keçmək üçün Kiyevə hərbi yardım fondu yaratmaq imkanını nəzərdən keçirir. Fond 2024-cü ildən 2027-ci ilə qədər ildə 5 milyard avroya qədər vəsait ayıracaq.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025