Mobil versiya
Qubada saxlanılan şəxsin üzərindən avtomat və narkotik aşkarlandı
Tarix: 22-01-2024 | Saat: 12:16
Bölmə:Ölkə | çapa göndər

Qubada saxlanılan şəxsin üzərindən avtomat və narkotik aşkarlandı


Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Boris Asmolov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan aia.az-a verilən məlumata görə, həmin şəxsin üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 12 ədəd güllə aşkar edilərək götürülüb.

Bundan başqa həmin şəxsin üzərindən 4 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Boris Asmolovun barəsində həbs qətimkan tədbiri seçilib.

AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024