"Azərbaycanda intihar halları yüksək deyil" - Komitə sədri
Tarix: 22-01-2024 | Saat: 11:11
Bölmə:Karusel / Ölkə | çapa göndər
"Beynəlxalq statistikanı misal çəkərək dəqiqliklə deyə bilərəm ki, Azərbaycan inkişaf etmiş Avropa ölkələri ilə müqayisədə intiharla bağlı ən aşağı səviyyədədir. Azərbaycanda intihar hallarına görə ölüm hadisəsi ilə bağlı hüquq-mühafizə orqanları dərhal cinayət işi açır və səbəbi araşdırılır".
aia.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri Bəxtiyar Əliyev deyib.
O bildirib ki, Azərbaycanda intihar hallarının məhz azyaşlı və məktəblilər arasında yayılması fikri yanlışdır: "Daim aidiyyəti qurumlarla məsələni müzakirə edirik. Hər bir halda baş verən hadisələr araşdırılır. Tək-tək halları ümumi ölkə göstəricisinə çevirmək yolverilməzdir. Azərbaycanda intihar halları qəbul olunmuş heç bir statistik göstəricidən yüksək deyil. Amma hər bir ölüm halı bizim üçün ciddi siqnaldır. Hər bir vətəndaşımızın taleyi bizim üçün əhəmiyyətlidir".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025