Mobil versiya
Xəzərdə dalğanın hündürlüyü 3,8 metrdir - FAKTİKİ HAVA
Tarix: 22-01-2024 | Saat: 09:00
Bölmə:Ölkə | çapa göndər

Xəzərdə dalğanın hündürlüyü 3,8 metrdir -

Yanvarın 22-si saat 08:00-a olan vəziyyətə əsasən, ölkə ərazisində hava şəraiti dəyişib, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir.

aia.az-ın məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, hazırda küləyin sürəti arabir 25-30 m/s-yə çatır. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,8 metrdir.

Balakən, Quba, Qusar, Lənkəran, Lerik, Astara, Cəlilabad, Zaqatala, Şəki, Ağdam, Naftalan, Tərtərdə yağış, Gədəbəydə qar yağır.

Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti yanvarın 24-ü gündüzədək davam edəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024