İlk siyasi-hüquqi qiymət
Tarix: 20-01-2024 | Saat: 10:34
Bölmə:Özəl | çapa göndər
Hər bir xalqın milli birliyinin, siyasi özünüdərkinin səviyyəsi məhz onun ən çətin anlarda, tarixi sınaq günlərində baş verən hadisələrə və çağırışlara ümumxalq reaksiyasında özünü göstərir. 34 il əvvəl Azərbaycanın üzləşdiyi belə bir seçim məqamında xalqımızın mübarizlik əzminin kükrəyişi, əsarətə boyun əyməyən iradəsi tariximizə şanlı bir səhifə kimi yazıldı – milli azadlıq və torpaqlarımızın bütövlüyü uğrunda ümumxalq hərəkatının 20 Yanvar səhifəsi. 20 Yanvar nəinki Azərbaycan, ümumiyyətlə, bəşər tarixinə qara hərflərlə yazılan ən faciəvi hadisələrdən biridir. Azərbaycan xalqının milli azadlıq və müstəqillik əzmini qırmaq üçün sovet rejimi tərəfindən törədilən bu qanlı hadisə insanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdən biri kimi dünya tarixində yerini aldı. Yüzlərlə insanın qətlə yetirilməsi, yaralanması və itkin düşməsi cinayətkar sovet rejiminin əsl mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
1990-cı il Yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Bu hadisə, əslində, Azərbaycanda milli kimliyin formalaşmasına təsir etdi, dövlət müstəqilliyinin bərpa edilməsi istiqamətində əhəmiyyətli hadisə oldu. Faciədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi, ölkənin müstəqilliyi ideyası ümummilli amala çevrildi.
Bu qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən isə ümummilli lider Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, cəsarətli bəyanat verdi. Bu, ulu öndər Heydər Əliyevin siyasi iradəsinin nəticəsi idi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. 1994-cü il mart ayının 29-da isə parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə, 20 Yanvar faciəsi məhz ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı. Ümummilli Lider bütün təhdidlərə baxmayaraq, Vətənin mənafeyini hər şeydən üstün tutaraq bu qanlı hadisəni törədən şəxsləri elə Moskvanın mərkəzində kəskin şəkildə tənqid etdi. Bununla da SSRİ rəhbərliyinin hər vəchlə gizlətməyə çalışdığı hadisə ictimailəşərək dünyanın gündəm maddəsinə çevrildi.
Ulu Öndərin ölkəyə rəhbərliyi dövründə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, o cümlədən 1998-ci il 31 mart tarixli fərmanla “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, 1998-ci il 5 avqust tarixli sərəncama əsasən Şəhidlər xiyabanında “Əbədi məşəl” kompleksinin yaradılması gələcək nəsillərin yaddaşında arxivləşən mühüm tarixi sənədlərdir.
Sonrakı illərdə şəhid ailələrinə göstərilən diqqət və qayğı, bu ənənənin ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməsi, paytaxtın rəsmi qonaqlarının, dövlət və hökumət başçılarının, məşhur insanların əlamətdar günlərdə və ölkəmizə səfər proqramlarında mütləq şəkildə Şəhidlər xiyabanını ziyarət etməsi faktı Vətən qurbanlarının xatirəsinə rəsmi ehtiramın dövlət səviyyəsində təcəssümüdür.
Artıq 20 Yanvar faciəsindən 34 il ötür. Ötən müddət ərzində torpaqlarımızın bütövlüyü və müstəqilliyimiz uğrunda apardığımız milli mücadilədə çoxlu sayda şəhid verdik. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, heç bir şəhidimizin qanı yerdə qalmadı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu yağı düşməni torpaqlarımızdan qovdu. Düşmənlərimizdən fərqli olaraq biz öz qisasımızı döyüş meydanında aldıq. 20 Yanvarda əsası qoyulan milli davamızı şanlı Zəfərlə yekunlaşdırdıq. 44 gün davam edən Vətən müharibəsində düşməni diz çökdürdük. Təkcə Ermənistan yox, ona havadarlıq edən beynəlxalq qüvvələr də Azərbaycan xalqının milli həmrəyliyi qarşısında aciz qaldı. Prezident İlham Əliyev xalqdan aldığı gücə arxalanaraq milli maraqlarımızı qətiyyət və əzmlə müdafiə etdi. Güclü və müstəqil Azərbaycan hər bir vətəndaşımızın təhlükəsizliyinin və rifahının əsas təminatçısıdır. Bu mənada, “Güclü dövlət” konsepsiyasını böyük ustalıqla reallaşdıran Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləmək, onun ətrafında sıx birləşmək bizi gələcək təhdidlərdən qoruyan əsas amildir.
Fuad Hüseynov
YAP Zəngilan rayon təşkilatının fəalı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər