Mobil versiya
Müqavimət qrupu İraqın şimalındakı ABŞ bazasına pilotsuz təyyarələrlə zərbə endirib
Tarix: 19-01-2024 | Saat: 19:23
Bölmə:Özəl | çapa göndər

Müqavimət qrupu İraqın şimalındakı ABŞ bazasına pilotsuz təyyarələrlə zərbə endirib


İsrailin Qəzza zolağına amansız hava və quru hücumlarına Vaşinqtonun qeyri-şəffaf dəstəyi ilə bağlı anti-ABŞ əhval-ruhiyyəsinin alovlandığı bir vaxtda pilotsuz uçuş aparatı İraqın yarı-muxtar Kürdüstan bölgəsində ABŞ hərbi qüvvələrinin və təlimçilərinin yerləşdiyi əsas bazanı hədəf alıb.

İraqda İslami Müqavimət, antiterror döyüşçülərindən ibarət çətir qrupu öz Telegram kanalında yayımladığı ayrı-ayrı bəyanatlarda cümə günü səhər tezdən Ərbil Beynəlxalq Hava Limanı yaxınlığında ABŞ-a məxsus qurğuya edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Bildirilib ki, pilotsuz təyyarə hücumu ABŞ-ın İsrailin Qəzza zolağında fələstinlilərə qarşı apardığı qanlı müharibəyə verdiyi dəstəyə cavab olaraq həyata keçirilib.

Qrup regionda ABŞ-ın işğal etdiyi hərbi bazaları hədəf almağa davam edəcəyini qeyd edib.

Hərbi obyektə dəyən ziyan və mümkün itkilər barədə dərhal məlumat verilmir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025