Ana Sayfa > Özəl > Müqavimət qrupu İraqın şimalındakı ABŞ bazasına pilotsuz təyyarələrlə zərbə endirib
Müqavimət qrupu İraqın şimalındakı ABŞ bazasına pilotsuz təyyarələrlə zərbə endirib19-01-2024, 19:23. Yazar: sevinc1 |
İsrailin Qəzza zolağına amansız hava və quru hücumlarına Vaşinqtonun qeyri-şəffaf dəstəyi ilə bağlı anti-ABŞ əhval-ruhiyyəsinin alovlandığı bir vaxtda pilotsuz uçuş aparatı İraqın yarı-muxtar Kürdüstan bölgəsində ABŞ hərbi qüvvələrinin və təlimçilərinin yerləşdiyi əsas bazanı hədəf alıb. İraqda İslami Müqavimət, antiterror döyüşçülərindən ibarət çətir qrupu öz Telegram kanalında yayımladığı ayrı-ayrı bəyanatlarda cümə günü səhər tezdən Ərbil Beynəlxalq Hava Limanı yaxınlığında ABŞ-a məxsus qurğuya edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Bildirilib ki, pilotsuz təyyarə hücumu ABŞ-ın İsrailin Qəzza zolağında fələstinlilərə qarşı apardığı qanlı müharibəyə verdiyi dəstəyə cavab olaraq həyata keçirilib. Qrup regionda ABŞ-ın işğal etdiyi hərbi bazaları hədəf almağa davam edəcəyini qeyd edib. Hərbi obyektə dəyən ziyan və mümkün itkilər barədə dərhal məlumat verilmir. aia.az Tərcümə şöbəsi Geri dön |