Mobil versiya
Hər bir azərbaycanlının Prezidenti -Foto
Tarix: 19-01-2024 | Saat: 13:28
Bölmə:Ölkə | çapa göndər

Hər bir azərbaycanlının Prezidenti

Şirvan şəhərində şəhid ailələri ziyarət edilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Şirvan şəhərində şəhid ailələri ziyarət edilib.

YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov şəhidlər Natiq Quliyevin və Bəxtiyar İslamovun ailələri ilə görüşdə bildirib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə xüsusi diqqət və qayğı dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Dövlətin bu sahəyə ayırdığı diqqət və qayğının göstəricisi olaraq son illərdə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında önəmli layihələr həyata keçirilir.

Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə hər bir azərbaycanlının Prezidenti İlham Əliyevə minnətdarlıq edib, 7 fevral seçkilərində qalib Liderimizə səs verəcəklərini vurğulayıblar



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024