Mobil versiya
FHN-dən Sumqayıtdakı yanğınla bağlı AÇIQLAMA
Tarix: 18-01-2024 | Saat: 10:11
Bölmə:Manşet / Ölkə | çapa göndər

FHN-dən Sumqayıtdakı yanğınla bağlı

Xəbər verildiyi kimi, Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən Sumqayıt Dövlət Texniki Kollecinin korpusunda baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.

Nazirlikdən aia.az-a verilən xəbərə görə, yanğın nəticəsində hər mərtəbəsi 512m² olmaqla ümumi sahəsi 1024m² olan ikimərtəbəli binanın 2-ci mərtəbəsində 6 otağın yanar konstruksiyaları 200m² sahədə və dam örtüyünün yanar konstruksiyaları yanıb.

Binanın böyük hissəsi, bitişik olan korpusu və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində 8 nəfər sakinin təxliyəsi həyata keçirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024