Mobil versiya
Sabirabadda qanunsuz ov edənlər saxlanıldı
Tarix: 15-01-2024 | Saat: 17:52
Bölmə:Ölkə | çapa göndər

Sabirabadda qanunsuz ov edənlər saxlanıldı

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayonun Suqovuşan ərazisində müvafiq icazəsi olmadan qanunsuz ov edən iki nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan aia.az-a verilən məlumata görə, həmin şəxslərdən müvafiq sənədləri olmayan ov tüfəngləri və patronlar, eləcə də qanunsuz olaraq ovlanmış çöl dovşanları və ov quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024