Mobil versiya
Rövnəq Abdullayevin son durumu AÇIQLANDI
Tarix: 15-01-2024 | Saat: 14:08
Bölmə:Karusel / Ölkə | çapa göndər

Rövnəq Abdullayevin son durumu

Bir neçə gün əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayevin səhhətinin pisləşdiyi ilə bağlı məlumat yayılıb.

Məhz buna görə AFFA-nın İcraiyyə Komitəsinin 11 yanvar tarixində Gəncədə keçirilməsi planlaşdırılan iclası və Gəncədə futbol akademiyasının açılışı ləğv olunmuşdu.

aia.az xəbər verir ki, modern.az Rövnəq Abdullayevin səhhətini aydınlaşdırmaq üçün AFFA ilə əlaqə saxlayıb.

Qurumun mətbuat katibi Elnur Məmmədli saytımızın sorğusuna cavab olaraq hazırda Rövnəq Abdullayevin vəziyyətinin yaxşı olduğunu söyləyib:

"Heç bir ciddi problem yoxdur. Sadəcə soyuqdəymə, qrip idi. Hazırda Rövnəq Abdullayevin vəziyyəti yaxşıdır. Heç bir problem yoxdur".

AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024