Mobil versiya
Trampa səs verməyə hazır olan respublikaçıların faizi açıqlanıb
Tarix: 11-01-2024 | Saat: 09:22
Bölmə:Özəl | çapa göndər

Trampa səs verməyə hazır olan respublikaçıların faizi açıqlanıb

Respublikaçıların demək olar ki, yarısı partiyadaxili praymerizlərdə ABŞ-ın keçmiş prezidenti Donald Trampa səs verməyə hazırdır. Bu məlumatı “Reuters” beynəlxalq araşdırma şirkəti “Ipsos”la birgə keçirdiyi sorğuya əsasən bildirir.Respublikaçılar Partiyasının tərəfdarlarının 49 faizi Ağ Evin keçmiş rəhbərinə səs vermək niyyətindədir. Respublikaçıların 12 faizi Cənubi Karolinanın keçmiş qubernatoru və ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyliyə, 11 faizi isə Florida ştatının hazırkı qubernatoru Ron DeSantisə səs verməyə hazırdır.

Biznesmen Vivek Ramasvami respondentlərin yalnız dörd faizi dəstəkləyir. Qalan namizədlər iki faizdən az bal toplayıblar. Sorğu iştirakçılarının 18 faizi kimə səs vermək istədiyini bilmir. Bundan əvvəl prezidentliyə namizəd Nikki Heyli Trampın ABŞ prezident seçkilərində səsvermə bülletenindən kənarda qalmamalı olduğunu bildirmişdi. O əlavə etdi ki, siyasətçi demokratların köməyi olmadan ədalətli şəkildə məğlub edilməlidir və o, bunu edə bilər.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə