Ana Sayfa > Özəl > Trampa səs verməyə hazır olan respublikaçıların faizi açıqlanıb
Trampa səs verməyə hazır olan respublikaçıların faizi açıqlanıb11-01-2024, 09:22. Yazar: sevinc1 |
![]() Respublikaçıların demək olar ki, yarısı partiyadaxili praymerizlərdə ABŞ-ın keçmiş prezidenti Donald Trampa səs verməyə hazırdır. Bu məlumatı “Reuters” beynəlxalq araşdırma şirkəti “Ipsos”la birgə keçirdiyi sorğuya əsasən bildirir.Respublikaçılar Partiyasının tərəfdarlarının 49 faizi Ağ Evin keçmiş rəhbərinə səs vermək niyyətindədir. Respublikaçıların 12 faizi Cənubi Karolinanın keçmiş qubernatoru və ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyliyə, 11 faizi isə Florida ştatının hazırkı qubernatoru Ron DeSantisə səs verməyə hazırdır. Biznesmen Vivek Ramasvami respondentlərin yalnız dörd faizi dəstəkləyir. Qalan namizədlər iki faizdən az bal toplayıblar. Sorğu iştirakçılarının 18 faizi kimə səs vermək istədiyini bilmir. Bundan əvvəl prezidentliyə namizəd Nikki Heyli Trampın ABŞ prezident seçkilərində səsvermə bülletenindən kənarda qalmamalı olduğunu bildirmişdi. O əlavə etdi ki, siyasətçi demokratların köməyi olmadan ədalətli şəkildə məğlub edilməlidir və o, bunu edə bilər. aia.az Tərcümə şöbəsi Geri dön |