Mobil versiya
Gürcüstanda Stalinin simvolu olan məbədə giriş məhdudlaşdırılıb
Tarix: 10-01-2024 | Saat: 15:13
Bölmə:Özəl | çapa göndər

Gürcüstanda Stalinin simvolu olan məbədə giriş məhdudlaşdırılıb

Gürcüstan Patriarxlığı İosif Stalinin təsviri olan ikona ətrafında yaranan qalmaqaldan sonra Gürcüstanın əsas məbədi olan Tsminda Samebaya (Müqəddəs Üçlüyün Katedrali) girişi məhdudlaşdırıb. Bu barədə Pirveli məlumat yayıb.Qeyd edildiyi kimi, yanvarın 10-u və 11-də müvafiq akkreditasiyası olmayan media nümayəndələrinin kilsəyə girişi məhdudlaşdırılacaq. Məhdudiyyətlərə səbəb Stalinin şəklinin də yer aldığı Moskva Matronasının ikonasına boya tökülməsi hadisəsi olub.

Gürcüstan Patriarxlığının İctimaiyyətlə Əlaqələr Xidmətindən bildiriblər ki, bu qərar kilsədə növbəti anlaşılmazlıqların və gərginliyin qarşısını almaq üçün verilib.Yanvarın 7-də gürcü tarixçisi və siyasətçisi Giorgi Kandelaki Tsminda Salebdə Stalini təsvir edən ikonanın peyda olması barədə danışıb. Kandelaki, özünün dediyi kimi, “Gürcüstanın dağıdılmasının təşəbbüskarı” obrazının müqəddəs yerdə qoyulmasından hiddətlənib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025