Ana Sayfa > Özəl > Gürcüstanda Stalinin simvolu olan məbədə giriş məhdudlaşdırılıb
Gürcüstanda Stalinin simvolu olan məbədə giriş məhdudlaşdırılıb10-01-2024, 15:13. Yazar: sevinc1 |
Gürcüstan Patriarxlığı İosif Stalinin təsviri olan ikona ətrafında yaranan qalmaqaldan sonra Gürcüstanın əsas məbədi olan Tsminda Samebaya (Müqəddəs Üçlüyün Katedrali) girişi məhdudlaşdırıb. Bu barədə Pirveli məlumat yayıb.Qeyd edildiyi kimi, yanvarın 10-u və 11-də müvafiq akkreditasiyası olmayan media nümayəndələrinin kilsəyə girişi məhdudlaşdırılacaq. Məhdudiyyətlərə səbəb Stalinin şəklinin də yer aldığı Moskva Matronasının ikonasına boya tökülməsi hadisəsi olub. Gürcüstan Patriarxlığının İctimaiyyətlə Əlaqələr Xidmətindən bildiriblər ki, bu qərar kilsədə növbəti anlaşılmazlıqların və gərginliyin qarşısını almaq üçün verilib.Yanvarın 7-də gürcü tarixçisi və siyasətçisi Giorgi Kandelaki Tsminda Salebdə Stalini təsvir edən ikonanın peyda olması barədə danışıb. Kandelaki, özünün dediyi kimi, “Gürcüstanın dağıdılmasının təşəbbüskarı” obrazının müqəddəs yerdə qoyulmasından hiddətlənib. aia.az Tərcümə şöbəsi Geri dön |