Mobil versiya
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanıldı
Tarix: 10-01-2024 | Saat: 09:36
Bölmə:Ölkə | çapa göndər

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanıldı

Yanvarın 9-da ölkə ərazisində qeydə alınan 81, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 40, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 54, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 37 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

Yanvarın 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat, 4 ədəd qumbara, 3 alışdırıcı, 19 ədəd müxtəlif markalı tüfəng, 2 patron darağı və 715 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025