Mobil versiya
Bakıda tapança satmaq istəyən şəxs saxlanıldı
Tarix: 09-01-2024 | Saat: 15:42
Bölmə:Ölkə | çapa göndər

Bakıda tapança satmaq istəyən şəxs saxlanıldı


Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aia.az-a verilən xəbərə görə, Şöbəyə əvvəllər məhkum olunmuş paytaxt sakini 1962-ci il təvəllüdlü Əziz Zeynalovda silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs saxlanılıb və onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 16 ədəd patron və 2 ədəd sandıqça aşkar edilərək götürülüb. Ə.Zeynalov odlu silah-sursatı bir neçə ay bundan əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı 19-cu Polis Şöbəsində toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025