Mobil versiya
Tarixi abidəyə edilən müdaxilənin qarşısı alındı
Tarix: 30-12-2023 | Saat: 12:02
Bölmə:Ölkə | çapa göndər

Tarixi abidəyə edilən müdaxilənin qarşısı alındı

Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi 21 ünvanında yerləşən 3350 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə olunduğu aşkar olunub.

aia.az xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən yol verilmiş müdaxilə faktının qarşısı alınıb.

Tarixi abidənin birinci mərtəbəsində, fasad hissəyə bərkidilmiş əlüzyuyan çanaq sökülüb.

Yol verilmiş qanun pozuntusu ilə bağlı obyekt sahibinə xəbərdarlıq edilib.

Bir daha vətəndaşlarımızı mədəni irsin qorunmasına həssas yanaşmağa çağırırıq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025