Təranə Rəcəbli: “Növbədənkənar prezident seçkiləri milli birliyimizin növbəti təntənəsi olacaq”
Tarix: 28-12-2023 | Saat: 10:30
Bölmə:Ölkə | çapa göndər
“Ölkəmizdə 2024-cü ilin 7 fevral tarixinə təyin olunmuş növbədənkənar prezident seçkiləri ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təsbiti olacaq. Müstəqil Azərbaycan dövlətinin tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək bu seçki Vətən müharibəsində xalq-iqtidar birliyi sayəsində əldə olunmuş tarixi Qələbəmizin növbəti təntənəli təzahürüdür. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa verdiyi bütün sözlərə tam əməl edərək üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı. Gələn il isə, artıq həmin torpaqların əsil sakinləri yenidən öz doğma yurdlarında Azərbaycan Konstitusiyası ilə təmin edilən səsvermə hüquqlarını reallaşdıracaqlar. Bu, əlbəttə ki, möhtərəm dövlət başçımızın öz xalqına bəxş etdiyi böyük bir xoşbəxtlikdir.”
Bu sözləri 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı saytımıza verdiyi müsahibəsində Sumqayıt Perinatal Mərkəzin baş həkimi, YAP Sumqayıt şəhər təşkilatının üzvü, əməkdar həkim Təranə Rəcəbli deyib.
Fikirlərini davam etdirən müsahibimiz həmçinin vurğulayıb ki, Azərbaycan xalqı öz Prezidenti ilə sarsılmaz birlikdə bundan sonra da bizə qarşı yönələcək bütün təxribatların qarşısını almaq iqtidarındadır: “Azərbaycan ilk olaraq 2020-ci ildə apardığı və cəmi 44 günə parlaq tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin nəticəsi olaraq işğala son qoydu. Müharibədən sonra keçən üç il ərzində dövlətimiz tərəfindən atılan məqsədyönlü addımlar ölkənin ərazi bütövlüyünü təmin etdi. Nəhayət bu ilin sentyabr ayında keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycan özünün suverenliyini tam bərpa etdi. Bütün bu zəfərlər bu gün həm regionda, həm də ölkəmizdə tamamilə fərqli mahiyyətə malik olan yeni reallıqların yaranmasına səbəb oldu. Birmənalı olaraq deməliyik ki, bütün bu müstəsna əhəmiyyətli parlaq qələbələr birbaşa Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurla və müdrikcəsinə həyata keçirdiyi, alternativsiz xarici və daxili siyasətin, eləcə də ölkəmizdə formalaşmış xalq-iqtidar birliyinin nəticəsində əldə olunub. Lakin gəlin bunu da unutmayaq ki, dünyada Azərbaycanı və uğurlarımızı gözü götürməyən ölkələrin də sayı kifayət qədərdir. Məhz bu qüvvələr tərəfindən ölkəmizə qarşı hazırlana biləcək növbəti təxribatların qarşısını almaq üçün Azərbaycanda siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edən bir məsələdir. Növbədənkənar prezident seçkiləri də məhz bu məqsədə çatmaqda mühüm rol oynayacaq.”
Daha sonra hakim partiya təmsilçisi növbədənkənar prezident seçkilərinin təyin edilməsi ilə bağlı səsləndirilən qərəzli fikirlərin əsassız olduğunu qeyd edərək bunları deyib: “Növbədənkənar seçkilərin keçirilməsi bütün dünyada qəbul olunmuş və mütəmadi tətbiq edilən siyasi təcrübədir. İstənilən halda, ölkəmizdə bu qərar siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesi başa çatdıqdan sonra qəbul olunub. Bu isə o deməkdir ki, seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara bərabər imkanlar yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir. Əgər hər hansı bir namizədin güclü potensialı və kifayət qədər elektoratı varsa, bu zaman seçkilərin keçirilməsini həmin şəxs üçün real fürsət kimi dəyərləndirmək laımdır. Bu mənada seçkilərin keçirilməsi ilə bağlı ifadə olunan istənilən narazılıq və iradlar yalnız qərəzli mövqeyin və siyasi acizliyin təcəssümü kimi dəyərləndirilməlidir. Eyni zamanda da növbədənkənar seçkilərin elan olunması Ölkə Prezidenti cənab İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə tam əminliyinin ən bariz göstəricisidir. İki aydan sonra isə, Azərbaycan xalqı da öz Prezidentinə, öz Ali Baş Komandanına sonsuz inam və etibarını bir daha nümayiş etdirəcək və bu növbədənkənar seçkilər ölkəmizdə formalaşmış milli birlik və həmrəylik mühitinin növbəti təntənəli mümayişi olacaq” – deyə Təranə Rəcəbli fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
11-01-2025
10-01-2025