Mobil versiya
Qurban Qurbanov 500-ə çatdı
Tarix: 25-12-2023 | Saat: 15:57
Bölmə:İdman | çapa göndər

Qurban Qurbanov 500-ə çatdı

Qurban Qurbanov baş məşqçi kimi Azərbaycan çempionatlarında 500-cü oyununu keçirib.

aia.az PFL-in saytına istinadən xəbər verir ki, “Qarabağ”ın baş məşqçisinin yubileyi Misli Premyer Liqasının 18-ci turuna təsadüf edib.

Ağdam klubu səfərdə “Zirə” ilə görüşüb. 51 yaşlı mütəxəssisin komandası 500-cü qarşılaşmada 1:0 hesabı ilə qalib gəlib.

O, karyerası ərzində iki kluba – “Neftçi” və “Qarabağ”a rəhbərlik edib. Onun komandaları 500 görüşdə 312 qələbə qazanıb, 117 heç-heçə edib və 71 dəfə uduzublar.

Qurbanov Premyer Liqadakı oyun sayında mütləq rekordçudur. İkinci sırada olan Qəhrəman Əliyevin hesabında 381 matç var.

Qeyd edək ki, mütəxəssisin debütü 2006/07 mövsümündə gerçəkləşib. 2006-cı il avqustun 6-da Qurbanovun baş məşqçisi olduğu “Neftçi” “Gənclərbirliyi”ni 6:1 hesabı ilə məğlub edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024