Mobil versiya
Azərbaycana qış gəldi
Tarix: 22-12-2023 | Saat: 09:47
Bölmə:Manşet / Ölkə | çapa göndər

Azərbaycana qış gəldi

Azərbaycana qış fəsli daxil olub.

aia.az Şamaxı Astrofizika Rəsədxanasına istinadən xəbər verir ki, bu gün cari ilin son fəsil dəyişməsi hadisəsi olub. Şimal yarımkürəsində, o cümlədən Azərbaycanda qış fəsli başlayıb..

Qış fəsli Şimal yarımkürəsinə 22 dekabr saat 07:27-də daxil olub. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirib (Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olub). Həmin gün ən qısa gündüz və ən uzun gecə olub. Bu gün gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san., gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san. olacaq.

Qeyd edilib ki, Şimal yarımkürəsində qış fəsli növbəti ilin martına qədər davam edəcək. Mart ayının 20-si saat 07:06-da yaz fəsli qışı əvəz edəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025