Mobil versiya
AQGF prezidenti Cəsarət Əhmədovun ilin yekunu ilə əlaqədar bir qrup idmançı və məşqçiləri öz şəxsi vəsaitləri hesabına mükafatlandırdı
Tarix: 21-12-2023 | Saat: 19:07
Bölmə:Gündəm / İdman | çapa göndər

AQGF prezidenti Cəsarət Əhmədovun ilin yekunu ilə əlaqədar bir qrup idmançı və məşqçiləri öz şəxsi vəsaitləri hesabına mükafatlandırdı

Əziz və hörmətli nümayəndələr, məşqçilər və idmançılar!


İlk növbədə sizin hamınızı üzümüzə gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm. Hər kəsə bu yeni ildə daha yüksək nailiyyətlər arzulayıram.

Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti olaraq, mən 2023-cü ilin yekunlarına əsasən 44-cü dünya çempionatında medal qazanmış idmançıların və onların məşqçilərinin, eləcə də il ərzində səmərəli fəaliyyətilə fərqlənmiş, perspektivli, yüksək nəticə verən idmançılar yetişdirmiş AQGF Xaçmaz rayon nümayəndəsi Saleh Məmmədovun mükafatlandırılması ilə bağlı qərar qəbul etmişəm. Mükafatlandırılan idmançı və məşqçilərin siyahısını hamınızın diqqətinə təqdim edirəm:

İdmançılar:
1. İbrahim Cəlilov – 200 manat.
(dünya çempionatında 2 qızıl medal, məşqçi Elşən İsmayılov)
2. İsmayıl Mustafayev – 150 manat.
(dünya çempionatında 1 gümüş, 1 bürünc medal, məşqçi Azər Əliyev)
3. Tərxan Müzəffərov – 200 manat.
(dünya çempionatında 1 gümüş, 1 bürünc medal, məşqçi Kamran Qurbanov)
4. Ramazan Rüstəmov – 150 manat.
(dünya çempionatında 1 gümüş medal, məşqçi Azər Əliyev )
5. Rüfət Mustafayev – 150 manat.
(dünya çempionatında 1 bürünc medal, məşqçi Kamran Qurbanov)

Məşqçilər:
1. Azər Əliyev – 150 manat.
2. Kamran Qurbanov – 150 manat.
3. Elşən İsmayılov – 100 manat.
4. Zöhrab Məhsimov – 100 manat.
5. Saleh Məmmədov – 100 manat.

Bildirirəm ki, idmançı və məşqçilərin mükafatlandırılması üçün ümumilikdə 1450 (min dörd yüz əlli) manat məbləğində pulu mən öz şəxsi vəsaitimdən ayırmışam. Yuxarıda göstərilən məbləğlər idmançı və məşqçilərin federasiyaya təqdim etdikləri kart hesablarına köçürüləcək. Mən bütün bu işləri maddi imkanım çatan qədər ilk növbədə Allaha görə, sonra da dövlətimizə görə görürəm. Əminəm ki, hər biriniz mənim üçün nə qədər dəyərli olduğunuzu yaxşı bilirsiz. Sizi əmin edirəm ki, iqtisadiyyatımız möhkəmləndikcə mənim sizlərə olan dəstəyim də artacaq.

Hörmətli nümayəndələr, məşqçilər və idmançılar!

Bilirsiniz ki, federasiyamızın uzun və şərəfli bir tarixi vardır. Biz bu gün olduğumuz məqama böyük əziyyətlər çəkərək, bir çox çətinliklərdən keçərək gəlib çıxmışıq. Bizim federasiyamız ən sağlam ruhlu, ən vətənpərvər federasiyadır. Təmsil etdiyimiz qol güləşi idmanı isə, ən gözəl və kübar idman növüdür. Buna görə də mən bütün gənc oğlan və qızlarımızı qol güləşi idmanına, federasiyamızda keçirilən ən gözəl məşqlərə dəvət edirəm.

Əziz dostlar, məlum olduğu kimi, 2024-cü ilin 7 fevral tarixində ölkəmizdə növbədənkənar prezident seşkiləri keçiriləcək. Mən sizin hamınızı seçkilərində yüksək fəallıq nümayiş etdirməyə, hər zaman olduğu kimi, Ölkə Prezidenti, Ali Baş Komandan, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə dəstək olmağa, dövlət başçımızın arxasınca getməyə çağırıram. Unutmayaq ki, biz birlikdə güclü Azərbaycanıq!

Hörmətlə, Cəsarət Əhmədov.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024