Mobil versiya
Qalib Rəhimlidən minnətdarlıq.
Tarix: 20-12-2023 | Saat: 10:35
Bölmə:Gündəm / Özəl | çapa göndər

Qalib Rəhimlidən minnətdarlıq.

“DEDİM BƏLKƏ SÖZÜM QALA” KİTABI MƏNƏ DAHA BİR SEVİNC YAŞATDI

“İlkXeber.org” onlayn ictimai-siyasi qəzetin təsisçisi və baş redaktoru  Xanoğlan Əhmədov bu gecə ömrümə daha bir sevinc gətirdi. Yeni çapdan çıxan “Dedim bəlkə sözüm qala...” kitabımın Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxanasına yerləşdirilməsində ziyalı dəstəyini, qardaşlıq köməyini, ən əsası dövlətinə sədaqəti ilə seçilən qələm adamı kimi sözə, kitaba qiymət verməyi ilə yanımda oldu. Kitabxananın təsisçi və rəhbəri Aydın Xan Əbilova isə minnətdarlığım sonsuzdur. Önəmlisi bir də odur ki, kitabın birinci fəslində dahilik zirvəsini fəth edən, dünyanın nadir tarixi şəxsiyyətlərindən olan, öz həyatını Azərbaycanın bu günü naminə qurban verən Ulu Öndər Heydər Əliyevlə bağlı publisistik yazılarla yanaşı görkəmli pedaqoq, əsil insan, həmişə oxunan yazıçı, alim Mir Cəlal Paşayevin 100 illik yubileyinə hazırladığım “Böyük ömürdən sətirlər” filmimin mətni də həmin bölmədə əksini tapıb. Bunlar isə mənim həyatımda müstəsna əhəmiyyətə malikdir və bu addımımla qürur duyuram.



Kitabın yerləşdirilməsindən dərhal sonra, yaxın dostum, bacım, məslək və əqidə yoldaşım, ən hörmətli mətbu orqanlarda çalışan, uzun illər isə Hesablama palatasında mətbuat və ictimaiyyətlə əlaqə şöbəsinə rəhbərlik edən, Gəncənin çox ləyaqətli qızı Nailə xanım Məhərrəmova sevincimə səs verdi. Öz şəxsi səhifəsində belə bir paylaşım etdi.
“Dostumuz Qalib Rehimli nin “Dedim bəlkə sözüm qala” kitabı indi Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxanasının təqdimatında da yayımlanır. Uğurlu-xeyirli olsun, əziz Qalib. Sənin adına çox sevindim.
Qeyd edildiyi kimi, “Bu elektron nəşrlər Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı,



www.kitabxana.net-Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın texniki-yaradıcı yardımıyla icra edilən, "Çağdaş Azərbaycan bədii publisistikası” ədəbi-kreativ layihəsi çərçivəsində hazırlanaraq yayımlanır”.
Saysız-hesabsız təbriklərə görə məni izləyib yanımda olanların hamısına təşəkkür edirəm. Nə qədər sözün qədrini, kitabın dəyərini bilən sizlər varsınız biz kitab müəllifləri də bir o qədər ürəkliyik, uğurlarımızın tarixləşməsində olduqca ruhluyuq, sözümüzün keşiyində daha sayıq dayanırıq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025