Mobil versiya
“Qarabağ”dan yeni rekord
Tarix: 19-12-2023 | Saat: 13:29
Bölmə:İdman | çapa göndər

“Qarabağ”dan yeni rekord

“Qarabağ” klubu Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.

aia.az Peşəkar Futbol Liqasının (PFL) saytına istinadən xəbər verir ki, Ağdam klubu eyni rəqiblə oyunlarda ən çox qol vuran komanda olub. Belə ki, matçdakı sonuncu qolun müəllifi Hamidu Keyta “Köhlən atlar”ın derbidəki 120-ci topuna imza atıb. Qurban Qurbanovun yetirmələri bu göstəriciyə 93-cü matçda çatıb.

Bu görüşədək rekord “Neftçi”yə məxsus idi. Bakılılar “Şamaxı” ilə qarşılaşmalarda 119 qol vurub.

Qeyd edək ki, “Qarabağ” bu oyunda “Neftçi”yə 2:0 hesabı ilə qalib gəlib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024