Mobil versiya
"Qarabağ" - "Hakken" oyununun hakimləri açıqlandı
Tarix: 12-12-2023 | Saat: 09:58
Bölmə:İdman | çapa göndər

"Qarabağ" - "Hakken" oyununun hakimləri açıqlandı

Bakıda "Qarabağ" və İsveçin "Hakken" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun matçının təyinatları bəlli olub.

aia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Albaniyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Yucin Cayaya Doyando Miftari və Rejdi Avdo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Olsion Yzeiraj yerinə yetirəcək. VAR-da italiyalı Luka Payretto və Valerio Marini yer alacaq. Maltalı Alan Mario Sant hakim-inspektor olacaq.

Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” görüşü saat 21:45-də başlayacaq. Hazırda Azərbaycan çempionu 7 xalla H qrupunda 2-ci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024