Mobil versiya
Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb
Tarix: 11-12-2023 | Saat: 10:10
Bölmə:İdman | çapa göndər

Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb

Azərbaycan Premyer Liqasının XVI turunda üç oyun böyük hesabla nəticələnib.

aia.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, eyni turda üç böyükhesablı nəticənin qeydə alınması mövsümün rekordunun təkrardır.

“Qarabağ” “Sumqayıt”ı 6:1, “Kəpəz” “Qəbələ”ni 3:0, “Sabah” “Səbail”i 4:0 hesabı ilə məğlub edib.

Turun hər günündə bir matçda üç və ya daha çox top fərqi qeydə alınıb. “Qarabağ”la “Kəpəz” rəqib meydanında, “Sabah” isə evdə bu uğura imza atıb.

İlk turda da üç fərqli günün hərəsində bir matç belə nəticələnib. Avqustun 4-6-da keçirilən görüşlərdə “Araz-Naxçıvan” “Turan Tovuz”a 0:3, “Səbail” “Sumqayıt”a 1:4 hesabı ilə uduzub. “Sabah” isə “Qəbələ”ni 5 cavabsız qolla üstələyib.

Qeyd edək ki, cari mövsümün 16 turunda 15 matçda böyükhesablı nəticəyə təsadüf olunub. 8 dəfə meydan sahibləri, 7 dəfə qonaqlar qalib gəlib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024