Mobil versiya
“Qarabağ”ın oyunu ilə əlaqədar Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək
Tarix: 09-12-2023 | Saat: 10:52
Bölmə:İdman | çapa göndər

“Qarabağ”ın oyunu ilə əlaqədar Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən “Qarabağ”ın növbəti oyunu ilə əlaqədar dekabrın 14-dən 15-nə keçən gecə “Bakı Metropoliteni” QSC-nin iş rejimində dəyişikliklər ediləcək.

Aia.az bildirir ki, Bu barədə Ağdam klubunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, İsveç klubu “Hakken”ə qarşı keçiriləcək görüşlə bağlı “Bakı Metropoliteni” QSC-yə edilən müraciət müsbət cavablandırılıb. Qurum bunu nəzərə alaraq, matç günü metronun iş vaxtını gecə 1 saat uzadacaq. Gecə saatlarında arenadan çıxaraq metropolitenə daxil olacaq sərnişinlər üçün stansiyalar saat 01:00-a qədər girişə açıq olacaq.

Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” oyunu saat 21:45-də başlayacaq. Son tur öncəsi “Qarabağ” 7 xalla ikinci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024