Mobil versiya
“Saxlanılan fəal heç vaxt polis əməkdaşı olmayıb” - Rəsmi açıqlama
Tarix: 05-12-2023 | Saat: 10:54
Bölmə:Gündəm | çapa göndər

“Saxlanılan fəal heç vaxt polis əməkdaşı olmayıb” -

"Vətəndaş Quliyev İlhamiz bir qrup şəxslə əlbir olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir"​.

aia.az xəbər verir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki.

Onun sözlərinə görə, İ.Quliyevin əməlləri istintaqla sübuta yetirilib və tədbirlərlə saxlanılan qrup üzvlərindən biridir: "O, istintaqa məlum olan şəxslərə narkotik vasitələrin təminatını həyata keçirib. Onun əvvəllər daxili işlər orqanlarında polis əməkdaşı kimi xidmət etməsi ilə bağlı iddialar əsassızdır, o heç vaxt polis əməkdaşı olmayıb".

Qeyd edək ki, saxlanılan ictimai fəal İ.Quliyevin keçmiş polis əməkdaşı olması barədə sosial şəbəkələrdə təsdiqini tapmayan məlumatlar yayılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025