Mobil versiya
“Heydər Əliyev ili “ çərçivəsində şahmat yarışı
Tarix: 05-12-2023 | Saat: 10:39
Bölmə:Özəl / İdman | çapa göndər

“Heydər Əliyev ili “ çərçivəsində şahmat yarışı

Masallıda “Heydər Əliyev ili “ çərçivəsində rayonun müxtəlif təhsil ocaqlarında çalışan 30 nəfər müəllimin iştirakı ilə şahmat üzrə rayon turniri keçirildi. Maraqlı mübarizə şəraitində başa çatan yarışın təltif etmə mərasimi ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılmaqla başlandı.
Tədbirin rəsmi hissəsində çıxışçılar turnirin təşkilində əsas məqsəd ulu öndər Heydər Əliyevin xatirəsinin əziz tutulması, şahmat idman növünün inkişafı və müəllimlər arasında sağlam həyat tərzinin təbliği olduğunu bildirdilər.
Olimpiya sistemi üzrə keçirilən yadda qalan turnirdə I, II və III yeri qazanmış şahmatçılara Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, eləcə Uşaq Gənclər İdman Şahmat Məktəbinin diplom və medalları təqdim olundu.
Onu da bildirək ki, turnirin təşkilatçıları Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektoru və Uşaq Gənclər İdman Şahmat Məktəbi idi.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024