"Ukraynanın üzvlük prosesini müzakirə edəcəyik” - Stoltenberq
Tarix: 29-11-2023 | Saat: 14:47
Bölmə:Dünya / Karusel | çapa göndər

Belçikanın paytaxtı Brüsseldə NATO-Ukrayna Şurasının xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasda Ukraynanın alyansa üzvlüyü istiqamətində irəliləyiş, tələb olunan islahatlar və onların həyata keçirilməsi məsələsi müzakirə olunacaq.
aia.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə birgə mətbuat konfransında deyib.
“Bu gün bizim tarixi görüşümüz olacaq. NATO-Ukrayna Şurasının xarici işlər nazirləri səviyyəsində ilk iclas keçiriləcək. Bu görüş Ukraynanın NATO-ya yaxınlaşdığını nümayiş etdirir. İclasda Ukraynanın üzvlük yoluna necə dəstək ola biləcəyimizi də müzakirə edəcəyik”, - o vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna ordusunun ehtiyacları və döyüş meydanındakı vəziyyət də nəzərdən keçiriləcək.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-02-2025