Ana Sayfa > Dünya / Karusel > "Ukraynanın üzvlük prosesini müzakirə edəcəyik” -
"Ukraynanın üzvlük prosesini müzakirə edəcəyik” -29-11-2023, 14:47. Yazar: sevinc1 |
Belçikanın paytaxtı Brüsseldə NATO-Ukrayna Şurasının xarici işlər nazirləri səviyyəsində keçiriləcək iclasda Ukraynanın alyansa üzvlüyü istiqamətində irəliləyiş, tələb olunan islahatlar və onların həyata keçirilməsi məsələsi müzakirə olunacaq. aia.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə birgə mətbuat konfransında deyib. “Bu gün bizim tarixi görüşümüz olacaq. NATO-Ukrayna Şurasının xarici işlər nazirləri səviyyəsində ilk iclas keçiriləcək. Bu görüş Ukraynanın NATO-ya yaxınlaşdığını nümayiş etdirir. İclasda Ukraynanın üzvlük yoluna necə dəstək ola biləcəyimizi də müzakirə edəcəyik”, - o vurğulayıb. Onun sözlərinə görə, Ukrayna ordusunun ehtiyacları və döyüş meydanındakı vəziyyət də nəzərdən keçiriləcək. aia.az Geri dön |