Mobil versiya
“Qarabağ”ın qrupdakı son oyununun biletləri satışa çıxdı
Tarix: 28-11-2023 | Saat: 13:27
Bölmə:İdman | çapa göndər

“Qarabağ”ın qrupdakı son oyununun biletləri satışa çıxdı

Avropa Liqasının qrup mərhələsində dekabrın 14-ü keçiriləcək “Qarabağ” - “Hekken” oyununun (saat 21:45) biletləri iticket.az-da satışa çıxarılıb.

aia.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 250 manatdır.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
Heydər Əliyev sarayının kassaları;
”Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024