Mobil versiya
Mahir Emreli De Byaziyə söz atdı
Tarix: 24-11-2023 | Saat: 14:30
Bölmə:İdman | çapa göndər

Mahir Emreli De Byaziyə söz atdı

Azərbaycan millisinin futbolçuları sabiq baş məşqçi Canni De Byazinin açıqlamasına cavab verən Qara Qarayevin paylaşımına şərh yazıblar.

aia.az xəbər verir ki, Mahir Emreli, Araz Abdullayev kimi oyunçular Q.Qarayevə dəstək olublar.

Mahir Emreli sabiq komanda yoldaşının paylaşımına maraqlı rəy yazıb. O, “sağdan sağla, soldan solla qaldır” deyə şərh bildirib. Böyük ehtimalla Zaqreb “Dinamo”sunda çıxış edən forvard De Byazinin məşqlərdə verdiyi tapşırıqların anlaşılmaz olduğuna işarə vurub.

Araz Abdullayev şərh yazaraq Qarayevə dəstəyini nümayiş etdirib.

Bundan başqa “Qarabağ”ın sabiq qapıçısı Vaqne da Silva da paylaşıma şərh yazıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2024