Mobil versiya
Qadın futbolçulardan ibarət millimizin oyunlarına təyinatlar
Tarix: 24-11-2023 | Saat: 11:21
Bölmə:İdman | çapa göndər

Qadın futbolçulardan ibarət millimizin oyunlarına təyinatlar

Qadın futbolçulardan ibarət Azərbaycan yığmasının Millətlər Liqasında keçirəcəyi oyunların təyinatları bəlli olub.

aia.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Kipr – Azərbaycan matçını Belçikadan olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Karolin Lanssensa İrmqard Van Meirvenne və Marqot Yacobs kömək göstərəcək. Dördüncü hakim funksiyasını Yana Van Laere yerinə yetirəcək.

Azərbaycan – Farer adaları matçı İsveçdən olan ədalət təmsilçilərinə həvalə edilib. Əsas hakim Lovisa Johanssona Kamilla Stendal və Jilan Taher yardımçı olacaq. Dördüncü hakim isə Maral Mirzai Benidir.

Qeyd edək ki, ilk görüş dekabrın 1-də Limassolda, ikinci oyun isə dekabrın 5-də Bakıda gerçəkləşəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2024