Mobil versiya
İƏT Əmək Mərkəzinin əsas fəaliyyət istiqamətləri AÇIQLANDI
Tarix: 22-11-2023 | Saat: 10:37
Bölmə:Ölkə / Siyasət | çapa göndər

İƏT Əmək Mərkəzinin əsas fəaliyyət istiqamətləri

"İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin əsas fəaliyyət istiqamətləri əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv ölkələrin əməkdaşlığının genişləndirilməsi, əmək sahəsində fəaliyyətin əlaqələndirilməsi, əmək şəraitinin yaxşılaşdırılması, sosial tərəfdaşlığın gücləndirilməsi, layiqli əməyin tətbiqi, məşğulluq imkanlarının genişləndirilməsi və dayanıqlı sosial müdafiə sisteminin formalaşdırılmasının təşviq edilməsi olacaq".

aia.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı çərçivəsində Əmək Mərkəzinin açılış sessiyası tədbirində çıxışı zamanı deyib.

Nazir bildirib ki, Mərkəz Bakıda DOST Mərkəzində fəaliyyət göstərəcək: "Hər bir dost ölkə Mərkəzə qoşula bilər. Hazırda 10 ölkə Mərkəzin nizamnaməsini imzalayıb, sabah ilə 3 ölkə imzalayacaq. Mərkəz ingilis, ərəb, fransız dillərində fəaliyyət göstərəcək".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-01-2025