Mobil versiya
“Heydər Əliyev ili” çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar xidmətində Qol güləşi üzrə yarış keçirilib -Fotolar
Tarix: 21-11-2023 | Saat: 18:59
Bölmə:Manşet / Ölkə / İdman | çapa göndər

“Heydər Əliyev ili” çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar xidmətində Qol güləşi üzrə yarış keçirilib

20 noyabr 2023-cü il tarixində “Heydər Əliyev ili” çərçivəsində, Ədliyyə orqanlarının 105 illik yubileyi münasibətilə Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməkdaşlarının və Alayda həqiqi hərbi xidmət keçən əsgərlərin iştirakı ilə Qol güləşi turniri keçirilib.
Yarış Azərbaycan Qol Güləşi Federasiyasının (AQGF) təşkilati dəstəyi ilə Penitensiar xidmətin Mühafizə alayının idman zalında keçirilib. Beynəlxalq qaydalara uyğun keçirilən yarış federasiyanın peşəkar hakim heyəti tərəfindən idarə edilib. Tədbirdə çıxış edən AQGF prezidenti Cəsarət Əhmədov Penitensiar xidmətin əməkdaşlarını və onların timsalında ölkənin bütün ədliyyə işçilərini peşə bayramları münasibətilə təbrik edib. Həmçinin federasiya prezidenti müasir müstəqil Azərbaycan dövlətinin qurucusu,Ulu Öndər Heydər Əliyevin ideyalarının təbliği, eləcə də hərbi xidmət keçən gənc nəslin milli vətənpərvərlik ruhlarının daha da möhkəmləndirilməsi baxımından belə yarışların əhəmiyyətini qeyd edib və bildirib ki, Azərbaycan gəncliyi hər zaman fiziki və mənəvi baxımdan sağlam yetişməli və daim dövlətimizin və dövlətçiliyimizin yanında olmalıdır. Sonda Cəsarət Əhmədov belə yarışların gələcəkdə cəzaçəkmə müəssisələrində də keçirilməsinin məqsədəuyğunluğunu diqqətə çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-07-2024