Mobil versiya
“HƏRƏYƏ BİR AĞAC ƏKƏK” YAP-IN TƏSİS EDİLMƏSİNİN 31-Cİ İLDÖNÜMÜ MÜNASİBƏTİ İLƏ -Fotolar
Tarix: 21-11-2023 | Saat: 18:25
Bölmə:Ölkə | çapa göndər

“HƏRƏYƏ BİR AĞAC ƏKƏK” YAP-IN TƏSİS EDİLMƏSİNİN 31-Cİ İLDÖNÜMÜ MÜNASİBƏTİ İLƏ

YAP Mingəçevir şəhər təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 31-ci ildönümü münasibəti Mingəçevir şəhər Ş.İ.Xətai küçəsi 2 və 4 saylı binaların qarşısında salınmış nümunəvi məhəllədə ağacəkmə aksiyası keçirib.
Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 31-ci ildönümü ilə bağlı keçirilən ağacəkmə aksiyasından öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.
Aksiya zamanı Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək qeyd etmişdir ki, bu tədbir Yeni Azərbaycan Partiyası nümayəndələrinin ölkəmizdə həyata keçirilən yaşıllaşdırma aksiyasına növbəti töhfəsidir. Gələcəkdə də bu cür aksiyaların davamlı olacağı nəzərdə olunması qeyd olunmuşdur. Müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, ekoloji vəziyyətin qorunmasına, yaşıllıq sahələrin və parkların salınmasına xüsusi diqqət yetirilmişdir. Yeni Azərbaycan Partiyası öz növbəsində Ulu Öndərimiz tərəfindən qoyulan bu ənənəni layiqincə davam etdirməkdədir.
YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolundan , dövlətçiliyimizin və xalqımız üçün gördüyü möhtəşəm işlərdən geniş çıxış etmişdir. Yeni Azərbaycan Partiyasının qurucusu olan dahi rəhbərin dövlətçilik ənənələrindən və ölkə başçısı cənab Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən bəhs etmişdir.
YAP Mingəçevir şəhər təşkilatı tərəfindən həyata keçirilən aksiyada Mingəçevir şəhər İcra Hakimiyyətinin Başçısı İlham İsmayılov, YAP Mingəçevir təşkilatının sədri Bəxtiyar Mustafayev, aparat işçiləri, ərazi partiya təşkilat sədrləri və partiya fəalları, hüquq-mühafizə orqanlarının rəhbərləri,təhsil sektorun əməkdaşları, yaşıllaşdırma idarəsinin işçiləri ilə ümumi olaraq 150 nəfər iştirak etmişdir.
Keçirilən aksiyada 100-ə yaxın sərv və şam ağacları əkilmişdir.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə