Mobil versiya
Azad edilən ərazilərdən tapılan silahların bəziləri xarici ölkələrdən alınıb - RƏSMİ
Tarix: 20-11-2023 | Saat: 17:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azad edilən ərazilərdən tapılan silahların bəziləri xarici ölkələrdən alınıb -

Azad edilmiş ərazilərdə müharibədən sonra 300-dən çox insan minaların qurbanı olub. Piyada əleyhinə minaların çoxu 2021-ci ildə Ermənistanda istehsal olunub və ərazilərimizə gətirilib.

aia.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər üçün təşkil olunan brifinqdə deyib.

O bildirib ki, antiterror tədbirləri nəticəsində azad edilən ərazilərdə döyüş maşınları və silahlar insanlar məskunlaşan ərazilərdə aşkarlanıb. Bununla bağlı fotoşəkillər təqdim olunub. Tapılmış bəzi silahlar və raketlər 2021-ci il istehsalıdır. Onların bəziləri 2020-ci ilin sonunda imzalanmış müqavilələr əsasında xarici ölkələrdən alınmış silahlardır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə