Mobil versiya
Yataqxanada meyiti tapılan qızla bağlı TƏBİB-dən açıqlama
Tarix: 15-11-2026 | Saat: 09:14
Bölmə:Ölkə | çapa göndər

Yataqxanada meyiti tapılan qızla bağlı TƏBİB-dən açıqlama


Noyabrın 14-də saat 15:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Tibb Universitetinin yataqxanasından çağırış daxil olub.

aia.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

“Təcili tibbi yardım briqadası tərəfindən bir nəfər qadının həkiməqədər ölüm faktı qeydə alınıb”, – açıqlamada bildirilib.

Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2026