Mobil versiya
Çin bunu da etdi - Video
Tarix: 15-11-2026 | Saat: 14:35
Bölmə:Dünya | çapa göndər

Çin bunu da etdi - Video


Çinin Kommersiya Aviasiyası Korporasiyası (COMAC) ölkənin ilk tamölçülü, 100 faiz elektriklə işləyən kommersiya sərnişin təyyarəsi “CE-25A”nın ilk ekipajlı sınaq uçuşunu uğurla həyata keçirib.

“aia.az” xarici KİV-ə istinadən xəbər verir ki, 10 tonluq hava gəmisi Şandun əyalətində səmaya qalxıb.

2023-cü ildə konsept kimi təqdim olunan “CE-25A” aviasiya yanacağından istifadə etmədən, tamamilə elektrik enerjisi ilə çalışır. 19 sərnişin yerlik hava gəmisi bir enerji dolumu ilə 400 kilometr məsafə qət edə bilir.

Təyyarə ənənəvi pərlər əvəzinə qanadların daxilinə yerləşdirilmiş 10 ədəd xüsusi kanallı ventilyatorla təchiz olunub. Bundan başqa, model həm pilot tərəfindən, həm də tam avtonom (pilotsuz) rejimdə idarə edilə bilir.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə