Mobil versiya
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - Video
Tarix: 14-11-2026 | Saat: 22:45
Bölmə:Ölkə | çapa göndər

Avtomobili özündən xəbərsiz satışa çıxarıldı -


Bakının Maştağa qəsəbəsinin sakini Cəlal Axundov 7 aydır iki illiyə kreditlə aldığı maşının ondan xəbərsiz satışa çıxarıldığını iddia edib.

“aia.az”ın “Xəzər TV”yə istinadən xəbərinə görə, Cəlal Axundov deyib ki, sürdüyü maşının satışı haqda məlumatı tanımadığı şəxslərdən alıb.

Onun sözlərinə görə, maşın üçün 2 min manat ilkin ödəniş edib, hər ay da 375 manat ödəyir. Dediyinə görə, özündən xəbərsiz avtomobili satışa çıxarlıb, hətta bir neçə nəfərdən beh də alınıb.

Saxta elan sahibinə beh ödəyən şəxslərdən biri də Sirac Qayıbovdur.

Elanda qoyulan telefon nömrəsinə isə zəng çatmır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, qeyd edilən məsələ nəzarətə götürülüb, araşdırma aparılır.

Daha ətraflı videomaterialda:





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2026