Quterreş İsrailin Qəzzadakı BMT məktəblərinə hücumundan "dərin sarsıntı keçirdi"
Tarix: 20-11-2023 | Saat: 15:04
Bölmə:Özəl | çapa göndər
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş İsrail rejiminin Qəzza zolağında Birləşmiş Millətlər Təşkilatının Yardım və İşlətmə Agentliyinin (UNRWA) idarə etdiyi, insanların İsrailin aramsız bombardmanlarından sığınmaq istədikləri iki məktəbə hücumunu tənqid edib.
Bazar günü BMT-nin saytında dərc edilən bəyanatda Quterreş Qəzzada 24 saatdan az bir müddətdə iki UNRWA məktəbinin israillilər tərəfindən vurulmasından "dərin sarsıldığını" bildirib.
“Yüz minlərlə fələstinli mülki şəxs şiddətli döyüşlər səbəbindən Qəzza zolağında Birləşmiş Millətlər Təşkilatının obyektlərinə sığınacaq axtarır. Mən bir daha təsdiq edirəm ki, bizim binalarımız toxunulmazdır”, - deyə BMT rəhbəri bildirib.İsrailin şənbə günü Qəzzada Əl-Faxura və Tall əl-Zaatar məktəblərinə təşkil etdiyi hücumlarda onlarla insanın qətlə yetirildiyi bildirilir. Fələstin mənbələri hücumlarda 200-dən çox insanın şəhid olduğunu güman edir. Onlar deyirlər ki, qurbanların çoxu İsrail bombardmanlarından sığınacaq axtaran köçkün qadınlar və uşaqlardır.
Quterreş İsrail müharibəsi nəticəsində Qəzzadan hər gün bildirilən qadın və uşaqlar da daxil olmaqla, heyrətamiz və qəbuledilməz sayda mülki itkilərdən təəssüfləndiyini bildirib.
“Buna son qoyulmalıdır. Mən təcili humanitar atəşkəs çağırışımı bir daha təkrar edirəm”, - deyə o bildirib.
Oktyabrın 7-dən İsrail 5500-dən çoxu uşaq olmaqla, ən azı 12.300 fələstinlini qətlə yetirib. 30 minə yaxın fələstinli də yaralanıb. Rejim heç bir fərq qoymadan xəstəxanaları, məktəbləri, məscidləri və kilsələri hədəfə alıb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-01-2025
16-01-2025