Mobil versiya
İranla müharibənin ABŞ-yə nəhəng maliyyə yükü: Xərclər 42 milyard dollara çatdı
Tarix: 16-09-2026 | Saat: 20:12
Bölmə:Özəl | çapa göndər

İranla müharibənin ABŞ-yə nəhəng maliyyə yükü: Xərclər 42 milyard dollara çatdı




İranla altı aydan artıqdır davam edən hərbi qarşıdurmanın ABŞ büdcəsinə indiyədək 42 milyard dollara başa gəldiyi bildirilir.

Məlumata görə, bu rəqəm Pentaqonun avqust ayında ABŞ Konqresinin müdafiə komitələrinə təqdim etdiyi hesabatda əksini tapıb. Xərclərin Yaxın Şərqdə aparılan hərbi əməliyyatlar və onların təminatı ilə bağlı olduğu qeyd edilir.

Ağ Ev isə iyun ayında Konqresdən əlavə 87,6 milyard dollar maliyyə ayrılmasını istəyib. Bu vəsaitin 67,1 milyard dollarının əsasən Yaxın Şərqdəki hərbi əməliyyatların maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur.

Beləliklə, qarşıdurmanın uzanması ABŞ üçün hərbi məsələ ilə yanaşı, getdikcə böyüyən maliyyə yükünə də çevrilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-09-2026