Mobil versiya
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - TƏKLİF
Tarix: 16-09-2026 | Saat: 17:02
Bölmə:Manşet / Parlament | çapa göndər

Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun -

"Biz bilirik ki, müharibələr permanentdir, davam edir, bu gün də, sabah da davam edəcək. Ona görə biz bunları fərqləndiririk informasiya müharibəsi, hibrid müharibə və s. Bir də tiryək müharibəsi var. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə və müvafiq digər bütün qurumlara təşəkkür edirəm ki, sərhədlərimizdən narkotik vasitələrin keçirilməsinin qarşısını alırlar və onların müsadirə edildiyini görürük".

aia.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən deputat Hikmət Məmmədov deyib. O bildirib ki, narkotacirlərə qarşı mübarizə aparmaq üçün daha sərt qanunlar qəbul edilə bilər:

"Biz narkotik daşıyan vasitələrin dövlət büdcəsi leyhinə müsadirə olunması ilə bağlı ayrıca bir qanun qəbul edə bilərik. Bahalı yükdaşıyan nəqliyyat vasitələrinin yük yerlərində xüsusi olaraq ayrıca yerlər düzəldilir və orada yüz kiloqramlarla narkotik çıxır. Həmin avtomobili idarə edən sürücü, o nəqliyyat vasitəsinin sahibi də məsuliyyət hiss etməlidir ki, əgər mənim nəqliyyat vasitəm narkoticarətə vasitə olursa, mən onu itirə bilərəm. Belə olanda daha çəkindirici qanun qəbul etmiş ola bilərik. Biz hələlik genofondumuzu sıradan çıxardan, bizə qarşı tiryək müharibəsi elan edən ölkələrlə elə narkokuryerlər səviyyəsində mübarizə aparırıq. Məncə, burada bir mərhələ daha yuxarı qalxmalıyıq. Artıq narkobaronlarla mübarizə aparmalıyıq".

AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-09-2026