Prezidentin mesajlarının arxasındakı böyük xətt
Tarix: 16-09-2026 | Saat: 22:14
Bölmə:Gündəm / Siyasət | çapa göndər

“Prezident İlham Əliyevin səsləndirdiyi mesajların mahiyyətində bir mühüm xətt var: Azərbaycan artıq regionda başqalarının müəyyən etdiyi siyasi reallıqlara uyğunlaşan deyil, öz milli maraqlarına əsaslanan reallıq yaradan dövlətdir. Bu gün Cənubi Qafqazda yeni mərhələ başlayıb və həmin mərhələnin əsas xüsusiyyəti odur ki, sülh də, əməkdaşlıq da, regional inteqrasiya da Azərbaycanın suverenliyi və milli maraqları nəzərə alınmadan mümkün deyil”.
Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Qanunverici orqanın təmsilçisinin sözlərinə görə, 30 ilə yaxın Azərbaycan xalqına səbirli olmağı, gözləməyi, danışıqları davam etdirməyi məsləhət görənlərin böyük hissəsi işğala son qoymaq üçün real addım atmadı:
“BMT qətnamələri kağız üzərində qaldı, Xocalı faciəsinə münasibətdə ikili standartlar özünü göstərdi, şəhərlərimizin, kəndlərimizin, məscidlərimizin dağıdılması isə uzun illər lazımi beynəlxalq reaksiyanı doğurmadı. Azərbaycan 2020-ci ildə bu siyasi durğunluğu özü dəyişdi. İndi isə tamamilə başqa Azərbaycan var. Ərazi bütövlüyünü və suverenliyini təmin etmiş, Qarabağda və Şərqi Zəngəzurda quruculuq aparan, keçmiş məcburi köçkünləri öz yurdlarına qaytaran və regionun gələcək iqtisadi xəritəsinin formalaşmasında fəal iştirak edən Azərbaycan. Məncə, Prezidentin “unutmamalıyıq” mesajını da məhz bu kontekstdə oxumaq lazımdır. Bu, keçmişdə yaşamaq çağırışı deyil. Əksinə, gələcəyi keçmişin səhvlərini təkrarlamadan qurmaq çağırışıdır. Sülh istəyirik, amma yaddaşımızı silərək yox. Əməkdaşlıq istəyirik, amma milli maraqlarımızdan imtina edərək yox. Qonşuluq münasibətləri istəyirik, amma yenidən hansısa birtərəfli güzəştlər hesabına yox”.
V.İskəndərov onu da diqqətə çatdırıb ki, yeni geosiyasi reallığın digər mühüm istiqaməti Azərbaycanın Türk dünyası ilə daha sıx inteqrasiyasıdır: “Türk dünyası artıq yalnız ortaq dil, tarix və mədəniyyət məkanı deyil. Bu coğrafiya nəqliyyat, enerji, təhlükəsizlik, iqtisadiyyat və siyasi koordinasiya baxımından getdikcə daha ciddi geosiyasi mərkəzə çevrilir. Azərbaycan isə həm coğrafi mövqeyi, həm siyasi çəkisi, həm də həyata keçirdiyi transmilli layihələrlə bu prosesin əsas iştirakçılarından biridir. Eyni yanaşmanı İslam dünyası ilə münasibətlərdə də görürük. Azərbaycan öz milli kimliyini, dünyəvi dövlət modelini və İslam dünyasına mənsubiyyətini bir-birinə qarşı qoymur. Əksinə, bu xüsusiyyətləri öz xarici siyasət imkanlarını genişləndirən amillərə çevirir. Bu gün Azərbaycanın həm Türk dünyasında, həm İslam aləmində, həm də Qafqazda fəal mövqeyi təsadüfi proses deyil. Bu, illərlə aparılmış balanslı və milli maraqlara söykənən siyasətin nəticəsidir”.
Deputat fikirlərinə belə yekun vurub:
“Burada Qərbə verilən mesaj da kifayət qədər aydındır. Azərbaycan heç kimlə qarşıdurma axtarmır və əməkdaşlığa açıqdır. Ancaq ölkəmizə münasibətdə köhnə stereotiplərin, təzyiq dilinin və seçmə demokratiya yanaşmasının işləyəcəyi dövr də geridə qalıb. Azərbaycanla münasibətlər qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq üzərində qurulmalıdır. Əslində, regionda yaranmış yeni mənzərənin qısa formulu budur: Azərbaycan müharibə səhifəsini bağlayıb, amma tarix kitabını bağlamayıb. Sülhə gedir, amma Zəfərini unutmur. Dünyaya açılır, amma milli kimliyindən uzaqlaşmır. Bu yanaşma həm Ermənistan, həm regionda maraqları olan böyük güclər, həm də beynəlxalq institutlar üçün mühüm mesajdır. Cənubi Qafqazın gələcəyi artıq keçmişin münaqişə mexanizmləri ilə deyil, yeni əməkdaşlıq modeli ilə qurulmalıdır. Bu modeldə isə Azərbaycanın milli maraqları nəzərə alınmalı olan əsas siyasi reallıqlardan biridir”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-09-2026