Türkiyə-Azərbaycan Universitetində Bilik Günü qeyd olundu
Tarix: 16-09-2026 | Saat: 18:00
Bölmə:Təhsil | çapa göndər

Türkiyə-Azərbaycan Universitetində (TAU) Bilik Gününə həsr olunmuş tədbir keçirilib.
aia.az xəbər verir ki, əvvəlcə universitetin foyesində hər iki ölkənin böyük liderləri, öndərləri Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xatirəsinə ehtiram ifadə olunub. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Tədbirin açılış nitqini Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev edərək bildirib ki, Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkənin strateji əməkdaşlığının nəticəsidir və gələcəkdə ölkə üçün peşəkar və beynəlxalq səviyyəli kadrlar burada hazırlanacaq.
TAU-nun rektoru, dos. Nəcibə Nəsibova tədbir iştirakçılarını salamlayıb və 2026/2027-ci tədris ilinin başlanması münasibətilə universitetin professor-müəllim heyətini və tələbələri təbrik edib. Rektor bildirib ki, iki dövlət başçısının təşəbbüsü ilə yaradılmış universitet Azərbaycan gənclərinə geniş imkanlar açır: "Gənclərimiz ölkə xaricinə getmədən, öz Vətənimizdə Türkiyənin Orta Doğu Texnik Universiteti (ODTÜ), İstanbul Texnik Universiteti (İTÜ) və Hacettepe Universiteti kimi nüfuzlu ali məktəblərinin professor-müəllim heyətindən dərs almaq imkanı əldə edirlər. Onların modern elmi mühitdə yetişməsi üçün bütün yollar açıqdır. Bu, gənclərimiz üçün dəyərli bir fürsətdir və onların yüksəkixtisaslı mühəndislər kimi yetişməsi üzərimizə böyük məsuliyyət qoyur".Nəcibə Nəsibova TAU-nun perspektivlərinə toxunaraq qeyd edib ki, universitet bu gün yalnız kadrlar və mühəndislər hazırlayan bir təhsil müəssisəsi kimi görünə bilər, lakin zaman keçdikcə Azərbaycan və Türkiyənin elm, innovasiya və texnologiya sahələrindəki əməkdaşlığını daha da dərinləşdirən mühüm bir mərkəzə çevriləcək.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov əvvəlcə yeni tədris ili münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, inkişaf etmiş ölkələrin əsas aparıcı qüvvəsinin məhz universitetlər olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Nazir müavini qeyd edib ki, məhz universitetlərdə bizim gələcəyimiz müəyyən olunur və bu mənada TAU kimi strateji və beynəlxalq səviyyəli universitetin yaradılması olduqca böyük əhəmiyyət daşıyır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva təbrik çıxışında Türkiyə-Azərbaycan Universitetinin qurulması və fəaliyyətinin xüsusi önəmindən danışıb. Sədr müavini qida təhlükəsizliyinin daim dövlət rəhbərliyinin diqqətində olduğunu vurğulayıb və bu sahədə yüksəkixtisaslı kadrların hazırlanması sahəsində TAU ilə əməkdaşlığa hazır olduqlarını qeyd edib.
Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Yurdagül Aydoğan tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Türkiyə-Azərbaycan Universiteti iki ölkə arasındakı əlaqələrin ən pik nöqtəsidir və gələcək onilliklərin ortaq layihəsidir. Müşavir qeyd edib ki, TAU-nun çətiri altında Türkiyənin və Azərbaycanın akademik təcrübəsinin birləşməsi son dərəcə əhəmiyyətlidir. Onun sözlərinə görə, Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universiteti kimi Türkiyənin köklü ali təhsil müəssisələrinin bilik və təcrübəsinin Azərbaycanın güclü akademik infrastrukturu ilə qovuşması bizə yalnız keyfiyyətli təhsil modeli deyil, eyni zamanda, ortaq bilik istehsal etmək qabiliyyəti qazandırır.
Millət vəkili, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, professor Əhliman Əmiraslanov çıxışında Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əlaqələrinin inkişafı tarixindən, Ulu Öndər Heydər Əliyevin bu sahəyə diqqətindən danışıb. Millət vəkili eyni zamanda Türkiyə-Azərbaycan Universitetinin qurulması prosesindən, cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın bu məsələyə diqqətindən bəhs edib. O, eyni zamanda TAU-da iki qardaş ölkənin professor-müəllim heyətinin çiyin-çiyinə çalışmasının gələcəkdə təhsil əlaqələrinin daha da güclənməsinə töhfə verəcəyini vurğulayıb.
Tədbirdə millət vəkili, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxışında Azərbaycan və Türkiyənin qardaşlığından, İkinci Qarabağ Müharibəsində qazanılan zəfərin təməlində elmin, təhsilin böyük payının olduğunu qeyd edib. Millət vəkii Türkiyə-Azərbaycan Universitetinin yaradılmasının ölkə başçılarının uzaqgörən, qətiyyətli siyasəti nəticəsində strateji səviyyəyə yüksələn əlaqələrin təhsil sahəsində də inkişafının təzahürü olduğunu vurğulayıb.
Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat, TAU-nun Kompüter mühəndisliyi proqramının rəhbəri professor Ahmet Coşar çıxış edərək tələbələri təbrik ediblər və onlara təhsil həyatında uğurlar diləyiblər.
Tədbirdə TAU-nun ən yüksək bal toplamış tələbəsi Fatimə Hacıməmmədli (667.5 bal) çıxış edib və qeyd edib ki, TAU sadəcə nəzəri biliklər verən universitet deyil, eyni zamanda tələbələrə praktiki təcrübə qazandıran, onları elmi tədqiqatlara həvəsləndirən, araşdırmağı, innovativ düşüncəni və real problemlərə həll tapmağı aşılayan ali təhsil ocağıdır.
Tədbirin sonunda sonunda bu ilki qəbul imtahanlarında ən yüksək bal toplamış TAU-nun sənaye mühəndisliyi ixtisasının tələbəsi Fatimə Hacıməmmədli (667.5 bal), kompüter mühəndisliyi ixtisasının Ayxan Əhmədov (647.2 bal) və qida mühəndisliyi ixtisasının tələbəsi Xədicə Nəzərova (562.4 bal) müxtəlif hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, Türkiyə ilə Azərbaycan arasında elm və texnologiya sahəsində əməkdaşlığı yeni səviyyəyə çatdıracaq Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb. Memorandumu Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev imzalayıblar.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-09-2026