Mobil versiya
YAP Gədəbəy rayon təşkilatının Təhsil Sektoru ərazi partiya təşkilatlatında hesabat-seçki yığıncaqı keçirilib -Fotolar
Tarix: 17-11-2023 | Saat: 17:38
Bölmə:Ölkə / Özəl | çapa göndər

YAP Gədəbəy rayon təşkilatının Təhsil Sektoru ərazi partiya təşkilatlatında hesabat-seçki yığıncaqı keçirilib

aia.az xəbər verir ki, 17.11.2023-ci il tarixdə Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının Təhsil Sektoru ərazi partiya təşkilatlatında hesabat-seçki yığıncaqı keçirildi. Hesabat məruzəsi dinlənilib, çıxışlar əsasında hesabat dövrü ərzində görülən işlər dəyərləndirilib. Ərazi partiya təşkilatının sədri hesabat məruzəsi ilə çıxış edərək təşkilatın hesabat dövrü ərzində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

44 günlük Zəfər Müharibəsində qazanılan qələbənin Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin apardığı çox uğurlu siyasət günün aktual məsələsi kimi müzakirə edildi.

Hesabat-seçki yığıncağını giriş nitqi ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev yığıncaq iştirakçılarını salamlayıb. 2021-ci ilin mart ayının 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayından, yeni Nizamnamə və proqramın qəbul edilməsindən, eləcə də struktur dəyişikliklərindən, “Üzvlük haqlarının məbləği və ödənilməsi qaydası” haqqında ətraflı şəkildə yığıncaq iştirakçılarının diqqətinə çatdırdı.
Hesabat-seçki yığıncağında təşkilati məsələlərə də baxılıb,Sonra təşkilatı məsələlərə baxılaraq yuxarıda qeyd olunan
Təhsil Sektoru ərazi partiya təşkilatına - sədr Qəhrəmanlı Şahzadə Asif qızı, müavin – Aslanov İbrahim Əmir oğlu.
Sonda YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev və təşkilatın əməkdaşları yeni tərkiblərin fəaliyyətinə uğurlar arzulayaraq qarşıda duran vəzifələri yüksək səviyyədə həyata keçirmək məqsədilə daha fəal olmağa çağırdı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-01-2025