Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Tarix: 07-11-2023 | Saat: 21:34
Bölmə:Özəl | çapa göndər
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb. O, 8 Noyabrın Azərbaycan tarixindəki yerindən, əhəmiyyətliliyindən bəhs edib. Akademik zəfər günün bütün dünya azərbaycanlılarının, ümumimilikdə türk dünyasının bayramı olduğunu qeyd edib. A.Həşimov Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun göstərdiyi şücaətdən danışıb. Bildirib ki, istər I Qarabağ, istərsə də II Qarabağ müharibəsində canlarından keçmiş vətən oğullarını yaşatmaq, onları gələcək nəsillərə tanıtmaq hər birimizin vətəndaşlıq borcudur.
Daha sonra Vətən müharibəsində şəhid olmuş igidlərimizin xatirəsi bir dəqiqəliklə sükutla yad olunub.
Akademik Arif Həşimov zəfər yoluna aparan qələbənin tarixindən danışıb. Bildirib ki, 30 ildən sonra əldə olunan zəfərin təməli Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya qayıtması ilə başlayıb. O, Ümummilli Lider Heydər Əlieyin hakimiyyətə gəlməsi ilə Azərbaycanda yeni dövrün başladığından, əmin-amanlığın yaranması üçün görülən tədbirlərdən, sosial-iqtisadi vəziyyətin yaxşılaşması üçün atılan addımlardan söhbət açıb. Ulu Öndərin hələ Sovet hakimiyyəti illərində Cəmşid Naxçivanski adına hərbi məktəbin yaratdığını qeyd edib.
Akademik Arif Həşimov I Qarabağ müharibəsi zamanı Fizika İnstitutunun əməkdaşlarından Yusif Əbilovun Şuşa, Laçın, Füzuli, Tərtər, Əbülfət Qasımovun Murovdağ, Şəmsi Hacıyevin isə Zəngilan, Füzuli döyüşlərində iştirak etdiyini vurğulayıb. Bildirib ki, əməkdaşlardan 1 nəfər- kadrlar üzrə mütəxəssis Mətanət Məcidova isə şəhid ailəsidir.
Fizika üzrə fəlsəfə doktoru Lalə Əliyeva müəllif olduğu şeri və kiçik elmi işçi Xədicə Əliyeva İnstitutun aparıcı mühəndisi Nüşabə Yaqubəliyevanın müəllifi olduğu yazılmış şeiri səsləndirib.
Tədbirdə fizika-riyaziyyat elmləri doktoru Qüdrət İsaqov, fizika üzrə fəlsəfə doktoru Eldar Həsənov və elmi işçi,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü Bayram Xudayarov yekun nitqi ilə çıxış ediblər.
"Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilib. Aparılan uğurlu siyasət və görülən davamlı tədbirlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması - bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir." YAP fəalı Bayram Xudayarov bildirib.
Daha sonra Bayram Xudayarov "Hərbi qüdrətini nümayiş etdirən Azərbaycan dövləti beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsinin, uzun illər ərzində kağız üzərində qalan BMT-nin məlum 4 qətnaməsinin döyüş meydanında hərbi-siyasi yolla həllinə nail olub. Beynəlxalq təzyiqləri layiqincə dəf edən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev erməni faşizminə qarşı Vətən müharibəsində şanlı ordumuzun hərbi-strateji əməliyyatlarına məharətlə rəhbərlik etdiyi kimi, diplomatiya, informasiya və siyasi fəaliyyət yönlərində də misilsiz tarixi nailiyyətlərə imza atıb. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Prezident İlham Əliyev Azərbaycana qarşı informasiya blokadasını yarıb, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr verib. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur - beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alınıb. Müsahibələr ardıcıl, dünyanın ən müxtəlif ölkələrinin, müxtəlif kanalları vasitəsi ilə aparılırdı. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəlib. Həmin nitqlərdə gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. Müzəffər Ali Baş Komandan verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq olub." Deyib.
Və YAP fəalı Bayram Xudayarov Türkiyə haqqında danışaraq " Hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyən qardaş Türkiyə kimi regionda və dünyada güclü bir dövlətin Azərbaycanın yanında olması, Vətən müharibəsində bizə çox böyük siyasi və mənəvi dəstəyi gücümüzə güc qatıb. Qardaş Türkiyənin dəstəyi müharibənin aqibətini müəyyən etmiş həlledici amillərdən biridir. Türkiyə Prezidenti ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verib. Qarabağ zəfəri sayəsində dünya iki qardaş ölkənin bir-birinə necə cani dildən bağlı olduğunun şahidi olub. Dost və qardaş Pakistan dövləti ölkəmizə hər cür kömək etməyə hazır olduğunu bildirib, digər tərəfdaş dövlətlər haqq işimizi müdafiə ediblər.
Qələbələrimizin əsas möhürü isə qədim mədəniyyət beşiyimiz olan Şuşa şəhərinin fəth edilməsi olub. Rəşadətli Azərbaycan Ordusu düşmənin ən möhkəm istehkamlarını qəhrəmancasına darmadağın edərək Qarabağ dağlarının zirvəsini - qürurumuz, qeyrət və mənliyimizin simvolu olan, 28 il həsrət qaldığımız qədim Şuşamızı öz canı və qanı bahasına noyabrın 8-də əbədi olaraq düşmən caynağından xilas edib. Həmin gün Şuşanın alınması münasibətilə xalqımızı təbrik edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev deyib ki, iyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!" deyib
Sonda YAP fəalı Bayram Xudayarov Birinci vitse-prezident, Birinci xanım Mehriban Əliyevanın fəaliyyətindən danışaraq deyib ki, Birinci xanım Mehriban Əliyeva həm vətən müharibəsi zamanı həm də müharibədən sonra Cənab Prezident İlham Əliyev ilə çiyin çiyinə fəaliyyət göstərib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-01-2025
15-01-2025