Mobil versiya
YAP Laçın rayon təşkilatı tərəfindən “HeydərƏliyev İli” çərçivəsində “8 noyabr Zəfər günü” nə həsr olunmuş konfrans keçirilib -Fotolar
Tarix: 06-11-2023 | Saat: 17:53
Bölmə:Gündəm / Ölkə / Özəl / Karusel | çapa göndər

YAP Laçın rayon təşkilatı tərəfindən “HeydərƏliyev İli” çərçivəsində “8 noyabr Zəfər günü” nə həsr olunmuş konfrans keçirilib

Yeni Azərbaycan Partiyası Laçın rayontəşkilatı noyabr ayının 6-da Abşeron rayonXırdalan şəhər 3 nömrəli məktəb-liseyin aktzalında “8 noyabr Zəfər günü”-nə həsr olunmuş“Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinintəntənəsidir” - mövzusunda konfrans keçirib. Konfransda Laçın rayonundan olan Respublikanınmüxtəlif Ali Təhsil müəssisələrində çalışan elmadamları, ziyalılar, şair və yazıçılar, şəhid ailələri, müharibə iştirakçları,YAP Laçın rayon təşkilatınınƏrazi Partiya Təşkilatı sədrləri, sədr müavinləri, fəallar və Laçın rayon sakinləri iştirak ediblər. Konfrans Azərbaycan Respublikasının DövlətHimninin səsləndirilməsi ilə başlayıb. Ulu ÖndərHeydər Əliyevin və torpaqlarımızın azadlığıuğrunda canlarını qurban vermiş şəhidlərimizinəziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. SonraÜmummilli Lider Heydər Əliyevin başladığı orduquruculuğu və Müzəffər Ali Baş Komandan İlhamƏliyevin rəhbərliyi ilə rəşadətli ordumuzunqazandığı tarixi qələbəni əks etdirən “HeydərƏliyev və 44 Günlük Zəfər Yolu” filmi nümayişolunub. Giriş nitqi ilə çıxış edən Yeni AzərbaycanPartiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov Zəfər Günü münasibəti ilə tədbiriştirakçılarını təbrik edərək qeyd edib ki, 2020-ci ilsentyabrın 27-də Ermənistan silahlı qüvvələrininnövbəti təcavüz aktından sonra Azərbaycanişğala son qoymaq məqsədi ilə əks-hücuməməliyyatına başladı. “44 gün davam edən Vətənmüharibəsində Müzəffər Ali Baş Komandan cənabİlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycanordusu mərdliklə vuruşaraq əsl qəhrəmanlıqdastanı yazdı. Döyüş meydanında şanlı tarixyazan ordumuz Ermənistanı məğlubiyyətəuğradaraq 30 ilə yaxın işğala son qoydu vədövlətimizin ərazi bütövlüyünün təmin edilməsi iləbərabər Azərbaycan xalqına çoxsaylı millifəlakətlər gətirən erməni şovinizminə vəekspansionizminə sarsıdıcı zərbə endirdi. Artıq“Dəmir Yumruq” qarşısında tab gətirəbilməyəcəyini anlayan Ermənistan məğlubiyyətinietiraf etməli idi və belə də oldu. 2020-ci il noyabrın10-da Azərbaycan, Rusiya prezidentlərinin vəErmənistan baş nazirinin imzaladıqları üçtərəflibəyanat 30 ildən artıq davam edən münaqişəyəson qoydu və beləliklə, ordumuzun əldə etdiyihərbi Zəfər siyasi müstəvidə qazanılan qələbə ilətamamlandı”. Bundan başqa İlqar İlyasov bildiribki, əsası Ümummilli Lider Heydər Əliyevtərəfindən qoyulmuş ordu quruculuğustrategiyasının Ali Baş Komandan cənab İlhamƏliyev tərəfindən uğurla davam etdirilməsinəticəsində Qarabağ azad edilib və Azərbaycanınərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Xankəndi şəhərində Azərbaycan bayrağınındalğalanması bizim tarixi qələbəmizdir.

Azərbaycan Texniki Universiteti “İctimai fənlər” kafedrasının müdiri, tarix elmləri doktoru, professor Şikar Qasımov çıxış edərək bildirdi ki, Ümummilli Liderin şah əsəri olan Azərbaycanonun görmək istədiyi Azərbaycandır. “Müstəqilliyinin yenidən bərpasının 32-ciildönümünü qeyd edən Azərbaycan bu illərərzində qazandığı uğurlar sırasına onlarınzivəsində dayanan qalib ölkə statusunu da əlavəetdi. Təbii ki, bu uğurlar böyük səylərin, qətiyyətin, ən əsası düşünülmüş və məqsədyönlü siyasətinnəticəsində qurulan möhkəm təmələ əsaslanır. 2020-ci il Azərbaycanın tarixinə şanlı Zəfər Günükimi yazıldı. Bu il Zəfərimizin üçüncü ildönümünüqeyd etdik. Bu sevincimiz, qürurumuz keçilənyolun, Heydər Əliyev siyasətinin təntənəsidir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlhamƏliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusutarix yazaraq 30 ilin işğalına son qoydu, ərazibütövlüyümüzü təmin etdi. Azərbaycan xalqı birdaha yenilməz, məğrur xalq olduğunu dünyayanümayiş etdirdi”.

Azərbaycan Respublikasının Dövlət DilKomissiyası yanında Monitorinq Mərkəzinindirektoru, professor Sevinc Əliyeva bildirib ki, Ümummilli Lider Heydər Əliyev hər zaman özdoğma xalqına güvənirdi. Vətənə, torpağabağlılığını atdığı addımları ilə təsdiqləyən UluÖndərin “Mən fəxr edirəm ki, mənazərbaycanlıyam” çağırışı harada yaşamasındanasılı olmayaraq bütün dünya azərbaycanlılarınınhəyat amalına çevrilib. Dahi şəxsiyyət hər kəsəVətəni sevməyi öyrətdi. Belə bir çağırışı da etdi ki, Vətən birdir, hamımız bu Vətən üçün çalışmalıyıq. Azərbaycanın tarixi Zəfəri təkcə erməni faşizmiüzərində qələbə deyil. Bu, haqqın, tarixi ədalətin, ayaqlar altına atılan beynəlxalq hüququnbərpasıdır.

Şəhid atası Mamed Əhmədov bildirdi ki, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandanİlham Əliyevin qətiyyəti sayəsində dünyaya səssalan bu Zəfərimiz tariximizin ən şanlı səhifəsidir. “Qalib ölkənin qalib Lideri kimi işğaldan azadedilmiş torpaqlarımıza davamlı səfərlər edəncənab İlham Əliyev hər dəfə bu fikri bildirir ki, hətta hava da sevinir, çünki bu torpaqlara əslsahibləri gəlib. Mən şəhid atas kimi fəxr edirəm ki, torpaqlarımız Dəmir yumuruq hesabına alındı. Yaşasın Şanlı Qələbəmiz”.

Fəlsəfə elmləri doktoru Səlim Səlimbəyli çıxışızamanı qeyd etdi ki, Azərbaycan bu gün möhkəmtəməl üzərində dastan yazmaqda davam edir. Ölkəmizin həyatında yeni mərhələ başlayıb. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa vəquruculuq işləri geniş vüsət alıb. 30 il torpaqhəsrəti ilə yaşayan soydaşlarımızın BöyükQayıdışı reallaşır. Ulu öndər Heydər Əliyevin1993-cü ildə güclü, inkişaf etmiş, qüdrətliAzərbaycan naminə başladığı böyük siyasətPrezident İlham Əliyev tərəfindən dəyişməkdəolan dünyanın yeni reallıqlarına uyğun şəkildəlayiqincə davam etdirildi. Bu siyasətin sayəsindəbeynəlxalq aləmdə nüfuz və söz sahibinə çevrilənAzərbaycan 44 günlük Vətən müharibəsi iləözünün ərazi bütövlüyünü bərpa etdi. Azərbaycanxalqı Böyük Qələbə ilə Böyük Zəfər yaşadı. BuZəfər Ulu Öndər Heydər Əliyev siyasətininZəfəridir.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədriMehdi Mehdiyev çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev cənablarının rəhbərliyi altında Silahlı Qüvvələrimiz torpaqlarımızı işğaldan azad etdi, Azərbaycan xalqını dünyada müzəffər xalq kimi tanıtdı. Uğurla həyata keçirilən siyasət nəticəsində torpaqlarımız düşmən işğalından azad edildi və bütün türk dünyasına sevinc bəxş olundu.

Milli Qəhraman Qorxmaz Eyvazovun oğluAsəm Eyvazov çıxışında Ümummilli Lideringənclərdə vətənpərvərlik hissini aşılamasındangeniş bəhs edib. Azərbaycanın bu gününümüstəqilliyinin bərpasının ilk illəri ilə müqayisəedərək onu da əlavə edib ki, Heydər Əliyevsiyasətinin təntənəsi olan tarixi Zəfərimizdünənimizin, bu günümüzün və gələcəyimizintəqdimatıdır.

Bakı Dövlət Universitetinin Azərbaycan tarixikafedrasında müəllim, tarix elmləri namizədiƏləmdar Şahverdiyev çıxış edərək bildirdi ki, 2003-cü ildən başlanan Böyük yolun davamınınAzərbaycana qazandırdığı ən böyük uğur 30 ilinişğalına, torpaq həsrətinə son qoyulması, ərazibütövlüyümüzün bərpasıdır. “Bu Zəfərişərtləndirən amillər ölkəmizin ayrı-ayrı sahələrdəqazandığı uğurlar, ən əsası gənc nəsildə Vətən, torpaq sevgisinin dərinləşməsi, vətənpərvərlikhissinin daha da artmasıdır. 2003-cü ildə keçirilənandiçmə mərasimində Azərbaycanın daha qüdrətlidövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinindavam etdiriləcəyini bildirən cənab İlham Əliyevinson 20 ildə fəaliyyətinə diqqət yetirsək hər vədinikonkret əməli işdə təsdiqlədiyini görməkmümkündür. Ölkədə sabitliyin, iqtisadi tərəqqininmövcudluğunu bütün inkişafın əsası kimidəyərləndirən ölkə Prezidenti neft gəlirlərindənsəmərəli istifadəni təmin etməklə qeyri-neftsektorunu inkişaf etdirdi. Bu gün Azərbaycanahansı sahədən baxsaq inkişaf, tərəqqiqaçılmazdır. Ölkəmizdə ordu quruculuğusahəsində atılan addımların uğurlu nəticələri dəgöz önündədir. 44 günlük İkinci Qarabağmüharibəsində tarix yazan Azərbaycan Ordusudünyanın ən güclü orduları sırasında olduğunu birdaha təsdiqlədi. Bu gün harada yaşamasındanasılı olmayaraq hər bir azərbaycanlı bu Qələbəninsevincini yaşayır. Dövlətimizin başçısı, MüzəffərAli Baş Komandan İlham Əliyevin qətiyyətisayəsində dünyaya səs salan bu Zəfərimiztariximizin ən şanlı səhifəsidir”.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları vəŞəhid Ailələri İctimai Birliyinin Laçın rayonşöbəsinin sədri Babək Aslanov çıxış edərək qeydedib ki, Prezident, Müzəffər Ali Baş Komandancənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəmanSilahlı Qüvvələrimizin qazandığı hərbi zəfərAzərbaycanın müstəqillik tarixinin müstəsnaəhəmiyyətli hadisələrindəndir. “Tarixə qızılhərflərlə yazılmış 44 günlük Vətən müharibəsinəticəsində Ermənistan silahlı qüvvələrinəsarsıdıcı zərbələr endirilib, Azərbaycan işğalaltında olan torpaqlarımız işğaldan azad olunub. Döyüş meydanında qazanılan böyük Zəfər siyasi-diplomatik müstəvidə də təsdiqlənib. Şair, folklorşünas , Azərbaycan Yazıçılar Birliyinin üzvüİlham Qəhrəman çıxışı zamanı bildirdi ki, 27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı, dövləti vəordusu elə bir tarix yazdı ki, bu bütöv bir millətinləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlhamƏliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı30 illik torpaq həsrətinə 44 günə son qoydu. Tariximizdə yeni səhifə yazıldı. Ermənistanın hərbitəcavüzünə cavab olaraq 30 ildən artıq işğalaltında olan torpaqlarımızı azad etmək üçüngenişmiqyaslı əks-hücum əməliyyatları həyatakeçirməklə düşmənin bu illər ərzində yaratdığı“yenilməzlik” mifologiyasını darmadağın etdi. Prezident İlham Əliyevin xarici kütləvi informasiyavasitələrinə verdiyi çoxsaylı müsahibələriErmənistanın Azərbaycana qarşı hərbi təcavüzü, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlıarqumentlər üzərində qurulan aydın, məntiqlifikirləri, ölkəmizin haqlı mövqeyinin dünyaictimaiyyətinə çatdırılmasında müstəsna roloynadı”.

Tədbirin sonunda YAP Laçın rayon təşkilatıtərəfindən “Zəfər Günü” ilə əlaqədar 44 günlük Vətən Müharibəsində qəhrəmanlıq nümayişetdirmiş və gənc nəslin hərbi vətənpərvərlikruhunun artırılmasında xüsusi fərqlənən bir qrupVətən Müharibəsi iştirakçısını Fəxri Fərmanla təltifedilmişdir. Tədbir məktəblilərin hazırladıgı ədəbi-bədii kompozisiya ilə yekunlaşmışdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-01-2025